“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) texniki səbəblərə görə gecikir.
Teleqraf.com AZAL-a istinadən xəbər verir ki, sərnişinlər Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Onlar aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.