28 May 2022 10:17
495
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində keçirilib.

Teleqraf.com xəbər verir ki, sərəncam müəssisədəki 11 məhkuma şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin isə cəzası yarıya endirilib.

Azadlığa buraxılanlardan üç nəfəri Gəncə hadisələrinə görə həbs edilən məhbuslardır.

Onlara müvafiq ərizələr təqdim edildikdən sonra azadlığa buraxılıblar.

Bundan başqa, 11 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib. Onlarda 3 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Müəssisədə cəza çəkən 4 məhkumun isə cəzası azaldılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər