16 İyun 2022 09:53
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu.

Teleqraf.com xəbər verir ki, Abşeron rayonunda 15 iyun - Milli Qurtuluş Günü qeyd edildi. Bayramla əlaqədar Abşeron Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin abidəsini gün ərzində rayon ictimaiyyəti tərəfindən ziyarət olundu.

Eyni zamanda Abşeron məktəbliləri və uşaq bağçalarının fidanları Xırdalan şəhərindəkı Ulu Öndərin adını daşıyan istirahət parkına gələrək burada hazırladıqları bədii kompozisiyaları təqdim etdilər.


Müəllif: Teleqraf.com