8 İyul 2022 12:45
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Artıq neçə gündür ki, vaxtilə Xəzəri zəbt edən ayrı-ayrı iş adamlarının qanunsuzluqlarına qarşı Bakı şəhər İcra hakimiyyətinin etdiklərini görürük".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, bu təşəbbüsü yüksək qiymətləndirir: “Düşünürəm ki, hər birimiz bu təşəbbüsü müdafiə etməliyik”.

Fəzail Ağamalı əlavə edib ki, Novxanıdan Sahil qəsəbəsinə qədər qanunsuz olan hasarlar sökülməlidir: “İnsanlar dənizə çıxmaq imkanı olmalıdır”.


Müəllif: Nemət