25 May 2022 17:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının xüsusi buraxılışı “Sağlam Təhsil - Sağlam Millət” layihəsinə həsr olunub.

“Sağlam Təhsil - Sağlam Millət” layihəsinə həsr olunan Təhsil Nazirliyinin elmi-metodik nəşrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edənlər uşaq və yeniyetmələrin sağlamlığının qorunması və məktəblərdə sağlamlığın təşviq və təbliğ olunmasında layihənin misilsiz rolundan danışıblar.

Bildirilib ki, bu nömrədə təhsil mütəxəssislərinin, tibbi ekspertlər, sosioloq, psixoloqların məqalələri dərc olunub.

Jurnalda təhsilalanların sosiallaşmasında sağlam təhsil texnologiyalarının rolu, İnnovativ texnologiyalar şəraitində “Sağlam Təhsil – Sağlam Millət” layihəsi əsasında təhsilalanların sağlamlıq vəziyyətinin formalaşdırılması, “Sağlam Təhsil – Sağlam Millət” layihəsində yaradıcı şəxsiyyətin formalaşması, Sağlam təhsil və ənənəvi təhsil siniflərində təhsilalanların sağlamlığının qorunması problemi: müqayisəli təhlil, “Sağlam təhsil” siniflərində pedaqoji texnologiyaların tətbiqi və digər məqalələr yer alıb.

Məqalələr Azərbaycan və ingilis dillərində dərc olunub. Xüsusi buraxılışın redaktorları Xalidə Həmidova, Nigar Şahhüseynbəyova, Böyükağa Mikayıllıdır.

Qeyd edək ki, 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə “Sağlam təhsil - sağlam millət” layihəsinin tətbiqinə başlanılıb. Hazırda Sumqayıtda 1, Bakıda 50 olmaqla, ümumilikdə 51 ümumi təhsil müəssisənin 287 ibtidai sinfində tətbiq edilir və ümumi şagird sayı 5166 nəfər təşkil edir.

Layihənin tətbiq olunduğu məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərib ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər