1 Avqust 2022 21:12
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran Regional filialının müdiri İlqar Səmədovun Göyçayda dövlət tərəfindən ayrılmış avtomobili sərxoş vəziyyətdə idarə etməsinə dair iddialar yayılıb. Qeyd edilib ki, o, yol polisinin "saxla" əmrinə tabe olmayıb və polis əməkdaşları onu evindən Göyçay RPŞ-ə aparıblar.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a bildirilib ki, iddialar həqiqəti əks etdirmir:

“Göyçay şəhər sakini İlqar Səmədovun guya sərxoş vəziyyətdə avtomobil idarə etməsi və polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymaması barədə edilən paylaşımlar əsassızdır.

Belə ki, iyulun 27-də axşam saatlarında həmin şəxs Göyçay şəhəri ərazisində idarə etdiyi nəqliyyat vasitəsinin ön oturacağında 12 yaşına çatmayan azyaşlı əyləşdirdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci ( sərnişin daşıma qaydalarının pozulması ) maddəsi ilə protokol tərtib edilib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər