3 Avqust 2022 14:54
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə Bakının Lökbatan qəsəbəsində yerləşən “Meyvəli bazarı”na şort geyinən şəxslərin girişinin qadağan olunmasını əks etdirən foto paylaşılıb.

Bazarda yerləşdirilmiş elan geniş müzakirələrə səbəb olub və belə bir qadağanın qoyulması sosial media istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb.

Teleqraf.com xəbər verir ki, “Meyvəli bazarı”nın direktoru Anar Novruzovla əlaqə saxlanılaraq məsələyə aydınlıq gətirilib.

O, müzakirələrə yol açan elanın doğru olduğunu təsdiqləyib. A.Novruz bildirib ki, bazar ictimai yer olduğundan belə geyimlə bura gəlmək yolverilməzdir:

“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.

Qeyd edilib ki, şort qadağası yalnız kişilər üçün nəzərdə tutulur. /Modern.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər