6 Avqust 2022 18:26
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirusa 452 yeni yoluxma faktı qeydə alınıb, 403 nəfər müalicə olunaraq sağalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Ölkədə bu günədək ümumilikdə 801 470 nəfərin koronavirus infeksiyasına yoluxması halı aşkarlanıb. Onlardan 788 612 nəfər müalicə olunaraq sağalıb, 9 760 nəfər vəfat edib, aktiv xəstə sayı 3 098 nəfərdir.

Son sutka ərzində 3 750, hazırkı dövrədək isə 7 066 158 test aparılıb.


Müəllif: Teleqraf.com