4 Dekabr 2014 14:03
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin nümayəndələri ilə görüş olub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ƏƏSMN-nin Türkiyənin aidiyyatı qurumu ilə əmək və sosial müdafiə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini və bu əməkdaşlığın daim yeni fəaliyyət sahələri üzrə genişlənməkdə olduğunu vurğulayıb. Nazir müavini TİKA ilə də müvafiq sahələrdə əməkdaşlığın məqsədəuyğun ola biləcəyini qeyd edib. TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin baş koordinatoru Mustafa Haşim Polat 1992-ci ildə yaradılan və Türkiyə Respublikası Baş Nazirliyinə tabe olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, hazırda 40-dək ölkədə koordinasiya ofisi fəaliyyət göstərən bu Agentlik müxtəlif ölkələrdə dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq şəraitində kənd təsərrüfatı, turizm, institusional infrastrukturun inkişaf etdirilməsi, iqtisadi, sosial və mədəni sahələr üzrə layihələr həyata keçirir. Bu layihələr həmin ölkələrə qeyd olunan sahələrdə dəstək olmaq məqsədi daşıyır.

Agentliyin Azərbaycanda da icra etdiyi bir sıra layihələr barədə məlumat verilib, qarşıdakı dövrdə əmək, məşğulluq, eləcə də sosial müdafiə sisteminin ayrı-ayrı sahələrində əməkdaşlığa başlanılmasının mümkünlüyü diqqətə çatdırılıb. Görüşdə sosial təminat sisteminin təkmilləşdirilməsi, əmək standartlarının hazırlanması, əməyin mühafizəsi üzrə laboratoriyaların qurulması, işsiz və işaxtaran şəxslərin peşə hazırlığının təşkili, əlilliyi olan şəxslərin peşə reabilitasiyası, onların məşğulluğunun dəstəklənməsi və s. sahələrdə gələcəkdə birgə layihələrin icrasına dair təkliflər nəzərdən keçirilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər