16 Avqust 14:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11:00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, qəbula gələn vətəndaşların qeydiyyatı avqustun 18-i Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə: +994 (12) 512-01-14, imeyl: [email protected]


Müəllif: Teleqraf.com