17 Avqust 2022 15:32
437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinə müddətli müqavilə ilə vakansiya seçiminə start verilir.

Bu barədə Teleqraf.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vakansiya seçimində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün son müraciət tarixi 19 avqust saat 18:00 müəyyən olunub.


Müəllif: Teleqraf.com