"Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda minə yaxın abonent qazsızdır".
Teleqraf.com xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında deyib.
O bildirib ki, böyük ziyandan söz getmir: "Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".