23 Avqust 2022 12:07
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəb şagirdlərin dərsə forma ilə gəlib-gəlməməsinə özü qərar verə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, orta məktəblər məktəbli formalarının tərkibini ixtisar edə bilməz: "Əgər hər hansı məktəb direktoru məktəbli formalarından hər hansı elementi (şalvar/ətək və s.) çıxarırsa, valideynləri həmin məktəblə bağlı yerli təhsil idarələrinə məlumat verməsini xahiş edirik".

Emin Əmrullayevin sözlərinə görə, məktəblinin məktəbə formada gəlməsi tamamilə doğru qərardır: "Bu, məktəb daxilində bərabərsizliyi aradan qaldırır, nizam-intizam yaradır".

Onun sözlərinə görə, nazirlik yalnız formaların elmentlərini müəyyən edib: "Bizim işimiz formaları tənzimləməkdən ibarətdir. Formaların qiyməti bazardakı digər geyimlərin qiymətindən fərqlənmir. Ümumiyyətlə, formaların satışı elm və təhsil mövzusu deyil. Bu, iqtisadi münasibətlər mövzusudur. Şagirdin məktəbə forma ilə gəlməsi isə məktəbin tənzimləyəcəyi addımdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər