24 Avqust 2022 13:46
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayonunun Zabux kənd inzibati ərazisinə daxil olan Zabux kəndinin sakini Elburus Əsədov 30 il əvvəl tərk etdiyi doğma yurda qayıtmağa hazırdır.

Bu barədə Teleqraf.com-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Elburus Əsədov deyir ki, Zabuxa qayıdıb yaşamaq, ata-baba ocağını bərpa etmək istəyir: “Kəndə gedəndə birinci dizimi yerə qoyub torpaqdan öpərəm. İşğal dövründə qanunsuz məskunlaşdırılmış ermənilər deyir ki, biz 30 ildir burada məskunlaşmışıq. Niyə soruşan yoxdur ki, burada 80, 100, 110 il yaşayan azərbaycanlılar haradadır?!”

Tezliklə doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Dövlət Komitəsinin hazırladığı videoçarxlarda Laçının, Zabuxun, Susun sakinləri doğma yurda qayıdışla bağlı fikirlərini bölüşürlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər