27 Avqust 2022 10:25
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 101,9 ABŞ dollar təşkil edib.

Ölkənin neft-qaz bazarındakı mənbədən Teleqraf.com-a verilən məlumata görə, bu da əvvəlki göstəricidən 0,68 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,43 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 78,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 0,64 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 99,46 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel azdır.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər