Bu ilin ilk 6 ayı ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 700 biloloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BQXK Bakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr departamenti məlumat açıqlayıb.
Qeyd edilib ki, bu nümunələr, mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib.