Şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq dekabrın 5-də səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Müalicə Diaqnostika Mərkəzində vətəndaşları qəbul edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, qəbul üçün müraciət etmiş Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Kürdəmir sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.
Qəbulda vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbula gələn 12-nəfərin müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Naibə QURBANOVA