Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 86 avtobusun hərəkət intervalında gecikmələr var.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.
1. Bakı-Sumqayıt şossesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 10-12 dəqiqə gecikmə müşahidə olunur.
2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 5-6 dəqiqədir.
3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 14-16 dəqiqə gecikmə müşahidə olunur.
4. Binəqədi şossesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.
5. Zabrat Şossesi – Şəhər istiqamətində sıxlıq. - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 6-7 dəqiqəyə gecikmə müşahidə olunur.
6. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 gecikmə müşahidə olunur.