Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, nazir Əli Abbasov iki yaxın ölkə arasında son zamanlar intensiv aparılan danışıqların səmərəli nəticəsinin İT sektoruna müsbət təsirinə diqqət çəkib.
İranlı nazir Mahmud Vaezi də məhsuldar keçən bu görüşlərin tərəflər arasında yeni mərhələyə təkan verdiyini vurğulayıb.
“Bakutel 2014”-də İranın 10 İKT şirkəti ilə təmsil olunduğunu da nəzərə çatdıran M.Vaezi onların Azərbaycan bazarına göstərdikləri maraqdan danışıb.
Daha sonra “Bakutel 2014”-ə qatılmış İranın İT şirkətləri təqdimatla çıxış edərək, istehsal etdikləri xidmət və məhsullar barədə nazirə məlumat veriblər.
İLHAMƏ