Senyabrın 8-də Qırğız Respublikasının İssık-Kul şəhərində MDB ölkələrinin Daxili İşlər Nazirliyinin rəhbərlərinin iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Çolpon-Atada keçiriləcək iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Özbəkistanın daxili işlər nazirləri iştirak edəcək.
Onlar Birlik ölkələrində cinayətkarlıqla mübarizə üzrə birgə tədbirləri müzakirə edəcəklər.
Tədbirdə Azərbaycanı DİN başçısı Vilayət Eyvazovun təmsil edəcəyi gözlənilir.