2 Sentyabr 2022 11:50
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bu il noyabrın 1-nə kimi payız-qız mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulmuş təmir planını tam yerinə yetirməyi nəzərdə tutub.

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

Onun sözlərinə görə, payız-qış mövsümünə hazırlıq davam edir və təmir planı bu günə 70% icra olunub.

O qeyd edib ki, bir ay ərzində 2023-cü il üçün qazlaşma planı təsdiq olunacaq, təsdiq olunduqdan sonra bununla bağlı ictimaiyyətə məlumat veriləcək.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər