Tanınmış aktyor Cövdət Şükürovun qızı ağır əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə aktyor instaqramda məlumat verib.
"Dünən gözəl qızım ürəyindən əməliyyat oldu, şükür hər şey yaxşı keçdi, amma əməliyyat bitənə qədər ömrümdən 20 il getdi deyə bilərəm. Həyatımın ən çətin günündə yanımda olan hər kəsə təşəkkür edirəm, unutmayacam. Allah hər kəsin övladlarını qorusun".