Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Teleqraf.com xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, hazırda qurumun briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.