9 Sentyabr 2022 11:40
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin İnkişafı üzrə Azərbaycan, Rusiya və İran rəsmiləri arasında görüş keçirilir.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən Baş nazirinin müavini Aleksandr Novak, İran tərəfdən isə yollar və şəhərsalma naziri Rüstəm Qasemi iştirak edir.

Görüşdə müntəzəm daşıma xidmətlərinin yaradılmasını təşviq etmək də daxil olmaqla, Azərbaycanın, İranın və Rusiyanın yüksək intermodal tranzit potensialından maksimum istifadə etmək, bu məqsədlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini inkişaf etdirmək üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda Bakı Bəyannaməsinin imzalanması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər