“Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu "Baku TV"də yayımlanan “O kimdir?” verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Alim Qasmov deyib.
O, əksər verilişlərə qonorarsız çıxmadığını qeyd edib.
Xalq artisti həyat yoldaşı ilə evlilik hekayəsindən də bəhs edib:
“Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir. Sonra “xalxın qızı”nı götürüb qaçdım”.