Gənclər və idman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edəcək.
Teleqraf.com-un məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin nəzərdə tutulan 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq gənclər və idman naziri Azad Rəhimov dekabrın 19-da saat 11:00-da Şirvan Mədəniyyət Evində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayon sakinlərini qəbul edəcək.
Qəbul üçün vətəndaşların qeydiyyatı dekabrın 19-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Qəbula gəlmək istəyən vətəndaşlar müvafiq rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdır.