Dekabrın 9-10-da Tehranda “Dünya zorakılığa qarşı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam bildirib ki, konfransda müxtəlif ölkələrdən siyasi xadimlər, elm adamları və islamşünaslar iştirak edəcəklər.
Teleqraf.com-un məlumatına görə, tədbirdə İslam dininə qarşı aparılan qərəzli təbliğatın qarşısının alınmasına dair fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.Azərbaycanı konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı təmsil edəcək.