Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri erməni diversantlar tərəfindən quraşdırılmış partlayıcı qurğu aşkar edərək zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Caliber.Az-a Dövlət Sərhəd Xidmətindən bildirilib.
Ermənistanla Azərbaycanın şərti sərhədində aşkarlanan partlayıcının əldəqayırma üsulu ilə hazırlanaraq 152 mm-lik mərmidən mərmiyə doldurulduğu qeyd edilir. Onun çəkisi 55 kq-dan çox olub.
Mərmi çoxlu sayda canlı qüvvə və texnikanı məhv etmək üçün nəzərdə tutulub.