28 Sentyabr 2022 01:32
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Teleqraf.com Vətən müharibəsinin sentyabrın 28-nə olan xronikasını təqdim edir.

- Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub.

- Fransa dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib.

- Azərbaycanda qismən səfərbərlik elan edilib və komendant rejimi qüvvəyə minib.

- Ermənistan atəşi nəticəsində Tərtərdə iki qardaş həlak olub, 2 nəfər isə yaralanıb. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub.

- Düşmən işğalından azad olunan Talış yüksəkliklərindən ilk görüntülər yayılıb.

- Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib, düşmən geri çəkilib. Düşmənin daha iki tankı, xeyli qüvvəsi , çoxlu sayda digər hərbi texnikası məhv edilib.


Müəllif: Teleqraf.com