30 Sentyabr 2022 11:43
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə layihəni müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib.

Layihənin 16 maddədən ibarətdir və hökumətlərin maraqlarına uyğundur. Komitə sədri həmkarlarını sənədi dəstəkləməyə dəvət edib.

Qeyd edək ki, qanun layihəsinə əsasən Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığı nəzərdə tutur və 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb.

Sənəd Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlığı nəzərdə tutur.

Sözügedən saziş 5 il müddətində qüvvədə qalacaq və tərəflər onun müddətini birlikdə artıra bilər.

Saziş parlamentdə səsə qoyularaq təsdiq edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər