Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş Naziri, Daxili İşlər, Hərbiyə, Ədliyyə və Xarici İşlər naziri olmuş Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Leyla xan Xoyski-Keykurun vəfat edib.
Teleqraf.com-un məlumatına görə, Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi olan Leyla xan Xoyski-Keykurun bu gün dünyasını dəyişib.
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən, Xan Xoyski və Şeyxzamanlı ailələri adından medal Leyla xan Xoyski-Keykuruna təqdim edilmişdi.