4 Oktyabr 2022 18:14
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Канал огней” teleqram kanalı yayıb.

Məlumata görə, sözügedən şəxslərdən 4-ü yaralıdır və onların müalicəsi üçün bütün lazımi tədbirlər görülüb.

Bildirilir ki, bu proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb. Erməni hərbçilərin yaxın zamanlarda Ermənistana təhvil verilməsi gözlənilir.


Müəllif: Teleqraf.com