7 Oktyabr 13:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Norveçin paytaxtı Osloda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, mükafatı bu il belaruslu hüquq müdafiəçisi Ales Byalyatski, Rusiyanın "Memorial" insan hüquqları təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzi əldə edib.

Xatırladaq ki, bu həftə isveçli genetik Svante Peebo tibb və fiziologiya, fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer, avstriyalı fizik Anton Tsaylinger fizika, amerikalı kimyaçılar Karolin Bertotsi və Karl Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldal kimya və fransalı yazıçı Anni Erno ədəbiyyat üzrə mükafatı qazanıblar.

Qeyd edək ki, oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.


Müəllif: Teleqraf.com