Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə Teleqraf.com-a “YAŞAT” Fondundan məlumat verilib.
Qeyd olunub ki, Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
Həmçinin bildirilib ki, qazilərimizin müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən ödənilir.
Məlumatda vurğulanıb ki, “YAŞAT” Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 176 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.