12 Oktyabr 2022 13:32
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honq-Konqda vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani anasından danışıb.

Bəstəkarın qızı Teleqraf.com-a bu sözləri deyib:

"Avqustun 14-də Honq-Konqa getdik. Əvvəllər bizə tez-tez qonaq gəlirdi, pandemiyaya görə iki il idi gələ bilmirdi. Orada bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. Qəfil səhhəti pisləşdi. On günün içində vəfat etdi".

"Ananızın son sözü nə oldu" sualına isə bəstəkarın qızı belə cavab verib: "Dedi, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma".

Canana anasının xəstəliyindən də danışıb: "Bütün orqanları birdən fəaliyyətini itirdi. Belə fikirə gəldik ki, anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Atamın vəfatından doqquz ay keçib. Anam ömrü boyu güclü insan olub, istəsəydi yaşaya bilərdi.

Atam da Yasamal qəbiristanlığında dəfn olunub. Mümkün deyil ki, anam başqa yerdə dəfn olunsun. Tarixdə ilk dəfədir bir azərbaycanlı Honq-Konqdan Azərbaycana dəfn olunmaq üçün gətirilib. Sənəd işləri çox çətin oldu, amma düzəldi.

Anam Allah adamı idi. Heç kim inanmırdı ki, Honq-Konqda sənədləri düzələr və o, Bakıya gətirilə bilər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər