“Azərbaycan iqtisadiyyatı 2018-ci ildən sonra aparılan islahatlar nəticəsində tam sağlamlaşmaya doğru gedir. Halbuki, gəlir deklarasiya olan ölkələr var və onlarda korrupsiyanın səviyyəsi çox yüksəkdir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"İqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması daha yaxşı effekt verir. Amma gəlir deklarasiyası ilə bağlı maddə də var və o, hazırlanma mərhələsindədir", - o bildirib.
Ə.Hüseynli həmkarı Vahid Əhmədovun ölkədə maliyyə amnistisiyasının tətbiqinin zəruri olmasına dair fikirlərinə də münasibət bildirib: "Qanunvericilik baxımından Vahid müəllim haqlıdır, amma yenə də deyirəm ki, digər üsullar bu cinayətlərdə daha çox effekt verir. Maliyyə amnistisiyası o ölkələrə tətbiq edilir ki, oranın iqtisadiyyatı tam kriminallaşıb”.