20 Oktyabr 2022 15:28
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman ayağa durmayan direktor cəzalandılırıb.

Bu barədə Teleqraf.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılmış videogörüntülərlə bağlı İdarə tərəfindən müvafiq araşdırma aparılıb.

Araşdırma nəticəsində əmək müqaviləsi üzrə vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə 161 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyevaya, təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Əliyevaya, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Ülviyyə Şükürovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən, intizam tənbehi kimi töhmət verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər