24 Oktyabr 2022 13:19
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən adam tanıyıram ki, cibində 5 partiyanın vəsiqəsi var. Onu YAP-ın tədbirində də görə bilərsiniz, Müsavatın da”.

Teleqraf.com xəbər verir ki, bunu deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Milli Məclisdəki dinləmələrdə deyib.

O bildirib ki, siyasi partiyaların reyestrinin yaradılması onların nüfuzunun artırılmasına xidmət edir.

“Biri deyir 10 min üzvümüz var, digəri deyir 20 min. Reyestr yaradılsın, bilinsin ki, hansı partiyanın nə qədər üzvü var” - Elşən Musayev əlavə edib.

Deputat xatırladıb ki, iki siyasi partiyadan başqa demək olar ki, bütün siyasi partiyalar dinləmələrə qatılıb: “Təbii ki, iştirak etməmək onların öz fikridir. Keçən çağırışda REAL hələ qeydiyyata alınmamışdı. Amma bizə 40 min üzvlə bağlı müraciət gəlmişdi bu partiyadan. Biz həmin müraciətə baxdıq və qeydiyyatda olmayan bir partiyanın müraciəti gələcəkdə çox mühüm bir qanun layihəsinin müzakirəyə çıxarılmasına rəvac verdi. Mən bütün müxalifəti, radikal, qeyri-radikal bütün müxalifət partiyalarını müzakirələdə iştiraka çağırıram”.

Elşən Musayev müzakirələrin yekununda qanun layihəsində dəyişikliklərin ediləcəyinə də ümid etdiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər