31 Oktyabr 2022 11:10
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib. Bununla əlaqədar təhsil müəssisələrində iş günlərində dəyişiklik edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

“Beşgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

Altıgünlük iş həftəsi olan təhsil müəssisələrində 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir”, - nazirlik rəsmisi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər