İndiyə qədər "Siyasi partiyalar haqqında" qanun layihəsi ilə bağlı 250 təklif olub.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc "Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, partiyalar tərəfindən irəli sürülən təkliflərə toxunub:
"Qanunla bir nəfər bir partiyanın üzvü ola bilir. 2010-cu ildə Venesiya Komissiyasının bu istiqamətdə 132 təklifindən 112-si nəzərə alınıb".
Zahid Oruc qeyd edib ki, seçkilərdə iştirak etməyən partiyaların statusunu itirməsi polemikalara daxil olmayan qüvvələr tərəfindən süngü ilə qarşılanır:
"6 partiya tərəfindən daxil olan təklifdə 2 və ya 3 seçkidə iştirak etməyən partiyaların öz funksiyasını itirməsinin əsas kimi qəbul edilməsi qeyd olunub".