"ABŞ-da 600-dan çox siyasi partiya var, hamısı da qeydiyyatdan keçib. Amma onları tanıyan yoxdur".
Teleqraf.com xəbər verir ki,bunu "Siyasi partiyalar haqqında" qanun layihəsinin müzakirəsi zamanı Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib.
O qeyd edib ki, süni şəkildə partiyaların sayının çoxalmasınınn əhəmiyyəti yoxdur. Mollazadə həmçinin təklif edib ki, partiya sədrləri psixoloji müayinədən keçsin.
O, buna misal kimi SSRİ rəhbəri Stalini, faşizmin aparıcı lideri Adolf Hitleri, eləcə də Qırmızı Terrorun müəllifi Lenini göstərib.