8 Noyabr 2022 13:08
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İğdır şəhərində Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin ikinci ildönümühə həsr olunmuş bayram tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, şəhərin Atatürk küçəsindəki Heydər Əliyev parkında böyük coşğu ilə qeyd edilən izdihamlı tədbir Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır-Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan torpaqlarının erməni işğalından qurtulması və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb.

Qeyd edilib ki, II Qarabağ savaşı Türkiyə-Azərbaycan birliyini, türk millətinin gücünü bir daha dünyaya göstərdi. Bildirilib ki, işğalın bitməsi uğrunda mübarizə yeni türk dastanları yaradır, dünya türklüyünü sevincə, xoşbəxtliyə aparır.

İğdır vilayətinin bələdiyyə sədrlərinin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, yerli sakinlərin qatıldığı tədbir bədii proqramla davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər