17 Noyabr 2022 11:59
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın 60 rayon və şəhərində Heydər Əliyev Mərkəzi tikilib və fəaliyyət göstərir. Onlar 2006-cı ildən sonra tikilməyə başlayıb. Mən bu mərkəzlərdə işləyən əməkdaşların əmək haqlarının artırılmasını təklif edirəm. Çünki əmək haqları aşağıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxış edən deputat Elşad Mirbəşir deyib.

O qeyd edib ki, bu mərkəzlərin tikilməsi və fəaliyyətinin əsas məqsədi Ulu Öndər Heydər Əliyevin irsinin təbliğini təmin etməkdir:

“Hazırda bu mərkəzlər Mədəniyyət Nazirliyinə tabedir. Mümkündür ki, gələcəkdə bu qurumlar Heydər Əliyev Mərkəzinə tabe olunsun”.


Müəllif: Nemət

Oxşar xəbərlər