22 Noyabr 2022 15:32
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən Saray qəsəbəsində, Görədil və Masazır kəndlərində keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, görüşlərdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində xalqımızın qazandığı şanlı qələbədən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən sürətli abadlıq-quruculuq işləri barəsində ətraflı məlumat verib, soydaşlarımızın öz dədə-baba yurdlarına artıq qayıtmağa başladığını qeyd edib.

Bütün ölkə ərazisində olduğu kimi Abşeron rayonunda da həyata keçirilən infrastruktur layihələrindən danışan RİH başçısı rayonun kənd və qəsəbələrinin mövcud problemlərinin həlli istiqamətində müvafiq addımların atıldığını və artıq bir sıra işlərin başlanıldığını qeyd edib.

Belə ki, daxili küçələrin abadlaşdırılması və eyni zamanda işıqlandırılması istiqamətində layihənin icrasına başlanıldığını qeyd edərək bu işlərin gələn il də davam etdiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra çıxış edən sakinlər məktəb və uşaq bağçalarında yaşanan sıxlığın aradan qaldırılmasında, daxili küçələrin işıqlandırılmasında və abadlaşdırılmasında, tibb məntəqələrinin fəaliyyətinin daha da genişləndirilməsində və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş edib.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir sıra məsələlər yerində həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər