Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak etmək üçün sabah İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, iclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcəkdir.