23 Noyabr 2022 13:30
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, müzakirələr zamanı parlamentdə təmsil olunan 11 siyasi partiyanın təmsilçiləri fikirlərini bildirib və təkliflər irəli sürüb.

Müzakirələrin sonun da “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılıb və parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, müzakirələrdən sonra mətbuat konfransının keçiriləcəyi gözlənilir.


Müəllif: Nemət

Oxşar xəbərlər