4 Dekabr 2022 15:07
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Prezident yanında Simfoniya Orkestrinin təşkilati dəstəyi ilə Türkiyə - Azərbaycan dostluq konserti keçirilib.

Teleqraf.com xəbər verir ki, konsertdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan həmvətənlərimiz və Türkiyədən olan mədəni-ictimai xadimlər iştirak edib.

Konsertdə respublikanın xalq artistləri - Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov və "Qarabağ" muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndirib.

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların "Qız qalası" ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.

Sənətçilərimizin səsləndirdiyi "Azərbaycan", "Xudayar təsnifi", "Laçın", birlikdə səsləndirilən "Yaşa Azərbaycan" və digər mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, konsert proqramı Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər