10 Dekabr 2022 14:28
2 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyinat alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda Türkiyəli general Bəxtiyar Ersay nazir Zakir Həsənovun müşaviri kimi qeyd olunub.

Bəxtiyar Ersay iclasda çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.

Qeyd edək ki, bu zamana qədər Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri olması ilə bağlı məlumat yayımlanmamışdı.

Bildirək ki, Bəxtiyar Ersay Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər