20 Dekabr 2022 11:51
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə zirvə toplantısı keçirildi. Bu toplantı türkdilli dövlətlərin birliyinin daha da möhkəmləndirilməsinə şərait yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında razılaşdırılan türkmən qazının Azərbaycan üzərindən Avropaya ixracı mühüm əhəmiyyət kəsb edən məsələdir:

“Bu yaxınlarda Rusiya Qazaxıstan və Özbəkistanın qaz birliyi layihəsini ortaya atıb. Özbəkistanın bu məsələdən imtina etməsi dediyim məsələnin nə qədər aktual olduğunu ortaya qoyur”.

Əhmədov əlavə edib ki, “Qara dəniz”in dibi ilə elektirik enerjisinin ixracı layihəsi reallaşıb: “Yaşıl enerjinin istehsalı və ötürülməsi ilə bağlı böyük sazişlər imzalanıb. Azərbaycan yaşıl enerji istehsal edərək, Gürcüstana və oradan da Avropaya ixrac edəcək. Bunun Azərbaycan üçün siyasi və iqtisadi cəhətdən nə qədər əhəmiyyətli olması hamıya məlumdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər