Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Ali Məclisin qapalı iclasında istefa verdiyini bildirib.
Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabrından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.
***
12:15
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verdiyi haqda iddia yayılıb.
Teleqraf.com xəbər verir ki, məlumat sosial şəbəkələrdə paylaşılıb.
Naxçıvandan olan bəzi ekspertlər “Vasif Talıbov dövrünün bitdiyini” iddia ediblər.
Hər hansı rəsmi açıqlama yoxdur.
Qeyd edək ki, bu gün Naxçıvan Ali Məclisinin qapalı iclasının keçirildiyi haqda məlumat da yayılıb.